Bu şəxsi məlumatların məxfiliyi siyasəti (bundan sonra Məxfilik siyasəti) www.qafqazsuite.com domenində yerləşən "qafqazsuite.com" Internet-mağazasının həmin mağazadan, proqram təminatından və xidmətlərdən istifadə edilən zaman İstifadəçilər haqqında əldə olunan bütün məlumata aid olunur.
1. TERMİNLƏRİN TƏYİN EDİLMƏSİ
1.1. Bu Məxvilik siyasətində aşağıdakı terminlərdən istifadə olunur:
1.1.1. «İnternet mağaza saytının administratorları (bundan sonra – Sayt Administrasiyası)» – qafqazsuite.com adından fəaliyyət göstərən, şəxsi məlumatların əldə olunmasını təşkil edən və ya həyata keçirən, şəxsi məlumatların işlənməsinin məqsədini, işlənməli şəxsi məlumatların tərkibini, şəxsi məlumatlarla həyata keçirilən hərəkətləri (əməliyyatları) təyin edən saytın idarə edilməsi üzrə səlahiyyətli heyət.
1.1.2. «Şəxsi məlumatlar» - Müəyyən və ya müəyyən olunan fiziki şəxsə (şəxsi məlumatların subyekti) birbaşa və ya dolayı yolla aid olan istənilən məlumat.
1.1.3. «Şəxsi məlumatların işlənməsi» - avtomatlaşdırma və ya belə vasitələrdən istifadə etmədən şəxsi məlumatlarla törədilən istənilən hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) toplusu, həmçinin şəxsi məlumatların toplanması, yazılışı, sistemləşdirilməsi, yığılması, saxlanılması, dəqiqləşdirilməsi (yenilənmə, dəyişdirilmə), əldə olunması, istifadəsi, ötürülməsi (yayılması, təqdim olunması, tapılması), simasızlaşdırılması, bloklaşdırılması, silinməsi, ləğv edilməsi.
1.1.4. “Şəxsi məlumatların məxfiliyi” – şəxsi razılıq və ya digər qanuni əsas olmadan subyektin şəxsi məlumatlarının yayılmasına imkan verməməklə Operator və ya digər şəxsi məlumatı əldə edən şəxs üçün mütlək olan.
1.1.5. “İnternet-mağaza Saytının istifadəçisi (bundan sonra – İstifadəçi)” – İnternet vasitəsilə Sayta giriş əldə edən və İnternet mağazanın saytından istifadə edən şəxs.
1.1.6. «Cookies» — səhifəni açdıqda veb-server tərəfindən göndərilən və istifadəçinin kompyuterində saxlanılan veb-müştərinin və ya veb-brauzerin hər dəfə veb-serverə müvafiq saytın səhifəsini açmaq cəhdi zamanı HTTP-tələbində göndərdiyi verilənlərin kiçik fraqmenti.
1.1.7. «İP-ünvan» — kompyuter şəbəkəsində İP protokolu ilə qurulmuş unikal şəbəkə ünvanı qovşağı.
2. ÜMUMİ MÜDDƏALAR
2.1. İstifadəçinin İnternet-mağaza vebsaytından istifadə etməsi bu Məxfilik Siyasətini və İstifadəçinin şəxsi məlumatlarının işlənmə şərtlərinin qəbul etməsidir.
2.2. Məxfilik Siyasəti şərtləri ilə razılaşmasa, İstifadəçi onlayn mağazanın veb saytından istifadəni dayandırmalıdır.
2.3. Məxfilik Siyasəti yalnız qafqazsuite.com İnternet mağazasının saytına aiddir. İnternet mağaza istifadəçinin İnternet Mağazanın veb saytında mövcud olan linklərdən və ya keçidlərdən istifadə edə biləcək üçüncü tərəflərin saytlarına nəzarət etmir və məsuliyyət daşımır.
2.4. Saytın administrasiyası İnternet-mağaza saytının İstifadəçisi tərəfindən verilən şəxsi məlumatların düzgünlüyünü yoxlamır.